“YouTube” yeni funksiyanı işə salır

“YouTube” mahnını zümzümə etməklə platformada axtarmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirir. Yenilik hazırda məhdud sayda Android tətbiqi istifadəçiləri üçün əlçatandır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Məlumata görə, istifadəçi tapmaq istədiyi hamnını üç və daha çox saniyə ərzində zümzümə edəcək, platforma isə ona uyğun videokliplər göstərəcək.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında “Google” (“YouTube”un sahibi) mahnını zümzümə edərək müəyyən etmək xidmətini işə salıb

Son xəbərlər
Digər xəbərlər