“YouTube” istifadəçilərə öz videolarına şərh yazmağı müvəqqəti dayandırmağa imkan verən yeniləmə təqdim edib. Şirkət hesab edir ki, bu, bloqçulara məzmun üzərində daha çox nəzarət imkanı verəcək.
Dəyişiklikdən əvvəl “YouTube” istifadəçiləri ya şərhləri saxlaya, ya da şərh bölməsini bağlaya bilərdilər. Yeniləmədə bəzi funksiyaların adı dəyişdirilib. Məsələn, “Ciddiliyi artır” və “Potensial olaraq uyğun olmayan şərhləri yenidən nəzərdən keçir” kimi seçimlər artıq yoxdur. Onların yerinə “Aktivləşdir”, “Söndür” və “Pauzaya qoy” seçimləri mövcuddur.
Xatırladaq ki, daha əvvəl “YouTube” yeni funksiya təqdim edib. Onun köməyi ilə istifadəçilər video altındakı baxış və bəyənmə sayını real vaxt rejimində izləyə bilərlər.