“YouTube” videolarda səsi “bərabərləşdirməyə” imkan verəcək yeni funksiyanı sınaqdan keçirir, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Onu işə salmaq üçün videonun parametrlərində “arxa işıqlandırma” bölməsində “sabit səs” funksiyasını aktivləşdirin. Hazırda yenilik yalnız bəzi “YouTube” istifadəçiləri üçün əlçatandır.
Bundan əvvəl “YouTube” reklam bloklayan xidmətlərdən istifadə edən istifadəçilərin xidmətə girişini bağlayacağını açıqlamışdı. Şirkət həmçinin süni intellektdən istifadə edərək avtomatik video dublikatı funksiyasını sınaqdan keçirir.