13 C
Baku
Saturday, November 23, 2024

“YouTube” yeni funksiyanı test edir

“YouTube” videoların müxtəlif dillərə dublyajı funksiyasını test edir, Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir. Bildirilir ki, “YouTube” bu yenilik üzərində süni intellekt platforması “Aloud” ilə birgə çalışır.

“Aloud” video yaradıcıları üçündür. O, əvvəlcə müəllifə redaktə edilə bilən transkript təqdim edir. Bundan sonra mətni tərcümə edir və dublyajı yazır. “YouTube” nümayəndəsinin sözlərinə görə, şirkət səs ifasının müəllifin səsinə mümkün qədər oxşar olmasını və dodaqların hərəkəti ilə sinxronizasiyasını təmin etməyə çalışır.

“YouTube” bu aləti “yüzlərlə” yaradıcı ilə sınaqdan keçirir. Hələlik o, yalnız ingilis, ispan və portuqal dillərini dəstəkləyir, lakin gələcəkdə daha çox dilləri dəstəkləyəcək.

Son xəbərlər
Digər xəbərlər