13 C
Baku
Friday, November 22, 2024

“YouTube” yuxu taymerini işə salır

“YouTube” tətbiqin mobil versiyasına yuxu taymeri funksiyasını əlavə etmək niyyətindədir. Bu barədə məlumat proqramın Android üçün ən son versiyasına yüklənmiş kod sətirlərində tapılıb.

Şirkət qeyd edir ki, istifadəçilər tez-tez “YouTube”da videolara baxarkən yuxuya getməyi xoşlayırlar, lakin taymer təyin etmək imkanı olmadığından video davam edir və trafiki, o cümlədən cihazın şarj səviyyəsini xərcləyir.

“YouTube” buna diqqət yetirib və yeni funksiya videoda taymer təyin etməyə imkan verəcək. Əgər istifadəçi hələ də yuxuya getmirsə, o, taymeri sıfırlayıb videoya baxmağa davam edə bilər.

Yuxu taymeri artıq “YouTube Music” proqramında mövcuddur, lakin əsas versiyada yenilik bir qədər sonra görünəcək.

Son xəbərlər
Digər xəbərlər