20 C
Baku
Friday, May 3, 2024

“YouTube”da reklam bloklayanlar üçün pis xəbər

“YouTube”da reklam blokerlərindən istifadə edənlər artıq “YouTube” videolarına baxa bilməyəcəklər.

İnsanlar “Reddit” kimi sosial şəbəkələrdə pleyerlərinin üç videodan sonra bloklanacağı barədə xəbərdarlıq edən ekran görüntüləri yerləşdiriblər.

Xəbərdarlıqda bildirilir ki, onlar öz reklam blokerlərini deaktiv etməsələr və ya veb saytı ağ siyahıya salmasalar, “YouTube”da bir daha videoya baxa bilməyəcəklər.

“YouTube” sözçüsü bildirib ki, “YouTube” “reklam blokerləri aktivləşdirmiş izləyiciləri “YouTube”da reklamlara icazə verməyə və ya “YouTube Premium”u sınamağa çağıran kiçik bir təcrübə keçirir.

Hazırda bu yeni yanaşma yalnız az sayda istifadəçiyə təsir göstərir və “YouTube” bu testin neçə nəfər və bölgənin bir hissəsi olduğunu açıqlamayıb.

Pulunun böyük hissəsini reklamlardan qazanan “YouTube”, reklam gəlirlərinin son üç rübdə azaldığını açıqladı, ona görə də bu testin effektiv olduğu ortaya çıxsa, böyük ehtimalla dünya üzrə daha çox istifadəçiyə yayılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər