8 C
Baku
Thursday, March 28, 2024

“Yox” deməyi öyrənin. Buna dair 7 məsləhət

İş yoldaşınızın xahişini yerinə yetirməkdən ötəri nahar fasiləsində belə istirahət edə bilmirsiniz? Və hər dəfə başqalarına kömək etməli və onların müxtəlif bəhanələrini dinləməli olursunuz.: məsələn, iş yoldaşınız təcili sürətdə elektron məktub yazıb göndərməlidir. Siz ona baxırsınız və düşünürsünüz ki, o, öz vəzifələrindən boyun qaçırmağa çalışır. Daxilinizdə müharibə başlayır: “Hə” deyim, yoxsa “Yox”? Ağzınızı açıb “Yox” demək istəyəndə, “Hə” deyirsiniz”.

Niyə? Çünki “Yox” deməyi bacarmırsınız, başqalarının gözündə tərbiyəsiz və kobud bir insan kimi görünmək istəmirsiniz. Düşünürsünüz ki, iş yoldaşlarınız sizi özündən razı və ya eqoist biri kimi tanıya bilər və münasibətləri pozmaq istəmirsiniz. 

Qısa bir zamanda özünüzü yorğun və əsgin hiss edəcəksiniz, bu da sağlamlığınıza mənfi təsir göstərə bilər. Sizin seçim etmək hüququnuz var və emosional durumunuza mənfi təsir göstərən hər bir şeyə asanlıqla “yox” deyə bilərsiniz. 

1. “Yox” deməyə başlayın

Davranışınızı dəyişmək istəyirsinizsə, asanlıqla “yox” deyə biləcəyiniz kiçik və əhəmiyyətsiz şeylərdən başlaya bilərsiniz. 

2. Vücudunuzun instinktlərinə etibar edin

Əslində, insanın şüuru və vücudu arasında sıx əlaqə var. Xoşbəxt olmaq istəyirsinizsə, vücudunuzun instinktlərinə etibar edin. Əgər özünüzü narahat hiss edirsinizsə, “yox” deyin.  

3. İnsanların sizin haqda nə düşünəcəyinə əhəmiyyət verməyin

İnsanlar hər zaman sizin haqda nə isə düşünəcəklər. Vacib odur ki, buna əhəmiyyət verməyəsiniz. Başqa insanların fikirlərindən narahat olmağınız tamamilə normaldır, bu hisslərdən tez və ya asan bir şəkildə azad ola bilməyəcksiniz. Çalışın ətrafınızda olan insanlarla səmimi münasibət yaradasınız. 

4. Cavabınız “yox” dursa, başqalarının gözündə özünüzə haqq qazandırmağa çalışmayın

“Yox” cavabını verəndə üzr istəməyin. Yaxşı olar ki, qarışı tərəfə öz təşəkkürünüzü bildirəsiniz, sonra isə sizin üçün vacib olan şeydən bəhs edəsiniz. Bu, çox effektiv taktikadır. Məsələn, fikrinizi bu formada ifadə edə bilərsiniz: “Mənə etibar etdiyiniz üçün, sizə təşəkkür edirəm. Bununla yanaşı olaraq, fikrimi öz vəzifəmin yerinə yetirilməsi üzərində cəmləşdirmək istəyirəm”. Unutmayın ki, “Yox” cavabı pis bir şey deyil və buna görə üzr istəməli deyilsiniz. 

5. “Yox” cavabınızdan əmin olun

Özünüzə və qarşınızdakı insana münasibətdə dürüst olun, cavabınızdan əmin olun. Eyni zamanda unutmayın ki, “yox” cavabına dair açıqlama vermək məcburiyyətində deyilsiniz. Məsələn, fikrinizi qısaca olaraq belə ifadə edə bilərsiniz: “Mən sizə kömək edə bilməyəcəm, xahiş edirəm başqa kiməsə müraciət edəsiniz”. 

6. “Hə” cavabının əhəmiyyətini dərk edin

Əgər “Hə” cavabının əhəmiyyətini dərk etsəniz, “yox” demək daha asan olacaqdır. Geriyə bir addım atın və situasiyanı obyektiv qiymətləndirin, prioritetlərinizi müəyyən edin. Unutmayın ki, başqalarına “Yox” deməklə, özünüzü “Hə” demiş olursunuz. 

7. Könüllü kommunikasiya metodundan istifadə edin

Özünüzü sizdən kömək istəyən insanın yerinə qoyun, onun keçirtdiyi hissləri duymağa çalışın. 

Sizin üçün prioritet olan nədir- bu xahişin yerinə yetirilməsi, yoxsa başqa bir şey? 

Qarşınızdakı insanla danışın, ona enerjini xərcləmək istəyiniz fəaliyyətinizdən bəhs edin. 

Son xəbərlər
Digər xəbərlər