7 C
Baku
Thursday, December 12, 2024

“Yox” deməyi və şəxsi sərhədləri qorumağı necə öyrənmək olar

Deyəsən, bəzi insanlar asanlıqla “yox” demək qabiliyyətinə sahibdirlər, biz isə şəxsi sərhədləri qurmaq üçün hər gün mübarizə aparırıq. “Yox” deyə bilmədiyimizi və ya buna layiq olmadığımızı düşünürük. Sanki bunun üçün dəmir və betondan olan bəhanələr tələb olunur. Sanki başqalarının istəklərini öz hesabımıza ödəməyə borcluyuq. 

Sərhədləri yenindən nəzərdən keçirmək sizin üçün yeni dönüş nöqtəsi ola bilər. Sərhədlərin olmamasının təkcə sizə deyil, həm də ətrafınızdakı insanlara zərər verdiyini başa düşəcəksiniz. Aşağıdakı ifadələri istifadə etməyə başlasanız, bir şeyə “yox” deməyin başqa bir şeyə – asudə vaxt, sağlam tənhalıq, məşğul olmaq istədiyiniz işlər və ya sadəcə müstəqillik – “hə” demək olduğunu başa düşəcəksiniz. 

Bu ifadələri istifadə etməyə başlamazdan əvvəl insanların məndən istədiyi hər bir şeyi edirdim, artıq nə istədiyimizi başa düşmürdüm. Əlavə iş tapşırıqlarına, məni darıxdıran sosial hadisələrə və sevindirməyən bayramlara “hə” deyirdim. 

Anladığım şey bu oldu: bütün hallarda əvvəlcə “hə” deyib geri çəkilirdim və bu hamının işini çətinləşdirirdi. Əvvəldən “yox” demək əvəzinə, işdən sonra işləməkdən imtina etməli olurdum, darıxdığım məclislərdən mümkün olduğu qədər tez çıxırdım. 

Heç kim özünə qəsd edən insanları sevmir

Burada insanların eşitmək istədikləri cavabı verməmək çətindir – hər şeyin səbəbi günahkarlıq, utancaqlıq, ictimailəşmə və nəticələr qarşısında qorxudur. Bəzən isə sadəcə başqalarını pis vəziyyətdə qoymaq istəmirik. 

İlk baxışdan gözəl səslənsə də, bu fasadın arxasında (bəzən hətta şüurumuzun xəbəri olmadan) qəzəb gizlənə bilər. Heç kim özünə qəsd edən insanları sevmir. Belə ki, mən də kimdənsə qorxu və ya fədakarlığa əsaslanan “hə” eşidəndə özümü pis hiss edirdim. Xahiş edirəm, həqiqi olun! Sizə laqeyd yanaşmayan insanlar, əslində etmək istəmədiyiniz işlərdən imtina etməyinizi istəyirlər. Düzünü desək, imtina etməyin bir çox gizli üstünlükləri var. Onların hər birinə nəzər yetirək. 

Bu, darıxdırıcı tədbir, komitə, görüş və ya başqa bir şey ola bilər. Əgər dəyərli vaxtınızı bunlara xərcləmək istəmirsinizsə, aşağıdakı ifadələrdən istifadə edin. Unutmayın ki, sizin sərhəd qoymaq hüququnuz var. 

Sizə şəxsi sərhədləri müəyyən etməyə kömək edəcək ifadələr

“Mümkün ola bilər” düşündüyünüz zaman, “İcazə verin sonra cavab verim” deyin

Niyə: Siz təqvimə baxıb cavab verəcəyinizi söyləyirsiniz və siz həqiqətən ora baxa bilərsiniz! Əslində bununla özünüzə bu və ya digər işi yerinə yetirmək istəyib-istəmədiyinizi anlamağa vaxt vermiş olursunuz. Əvvəllər hər kəsə “hə” deməyin “daha yaxşı” olduğunu düşünürdüm, amma sonra həmin işi görməmək üçün bəhanə axtarmağa başlayırdım. Şəraitin buna icazə vermədiyi üçün vədimi yerinə yetirməsəm də, ləyaqətli görünəcəyimə ümid edirdim. 

Əgər “İcazə verin sonra cavab verim” ifadəsindən istifadə edirsinizsə, insanlara zamanında cavab verməyi unutmayın!

“Yox” düşündüyünüz zaman, “İndi öz üzərimə əlavə yük götürə bilmərəm” deyin

Niyə: Bu, heç bir bəhanə tələb etməyən cavablardan biridir və çox vaxt qrafikinizlə əlaqədar olur. 

İnsanlara hər hansısa izahat verdikdə, özünüzü başqalarının qarşısında zəif mövqeyə qoymuş olursunuz. Siz bunu həll etməli olduğunuz bir problem kimi görürsünüz. “Ah, çərşənbə günü başqa işlərin olacaq? Onda cümə axşamı günü edərik!” Bir şeyi müəyyən gündə hansı səbəbdən edə bilmədiyinizi izah etdikdə, həmin situasiyanı dəyişikliklər üçün açıq qoymuş olursunuz. Bu o deməkdir ki, ya getdikcə daha çox bəhanə gətirməlisiniz, ya da mövcud məsələ ilə razılaşmaq istəmədiyinizi etiraf etməlisiniz. 

Nə qədər tez qəti şəkildə “yox” desəniz, qarşınızdakı insanın da sizin planlara düzəliş etməsi üçün bir o qədər az vaxtı qalacaq. Nəzakətli olun!

“Nə indi, nə də başqa vaxt” düşündüyünüz zaman, “Bu mənim üçün maraqlı deyil, dəvət üçün təşəkkür edirəm” deyin

Niyə: Əslində bu və ya digər tədbirin sizin maraqlara cavab vermədiyini etiraf etmək həqiqətən faydalı ola bilər. Belə ki, bununla insanlara kim olduğunuzu, nəyi sevdiyinizi və yeniliyə hazır olub-olmadığınızı göstərmiş olursunuz. Və əgər onlar dürüst olmağa hazır olduğunuzu və zamanında “yox” deyə bildiyinizi başa düşsələr, artıq səmimiyyətinizdə şübhə etməyəcəklər. Dürüstlüyünüz sayəsində onlar bu tədbirdə maraqlı olan insanları dəvət edə biləcəklər! Nəzərə alın ki, minnətdarlıq şəklində səsləndirilən imtina cavabı sizə zərər vermir. “Bunu etməyəcəyəm, amma məni düşündüyünüz üçün təşəkkür edirəm”. 

Adətən bu ifadə kifayət edir. Bonus: əgər alternativ olaraq başqa bir yol təklif etmək istəyirsinizsə, çəkinməyin! Lakin bunu borclu olduğunuz üçün etməyin. Özünüzü başqalarının yerinə qoyun. 

“Qəti şəkildə yox. Xahiş edirəm, bir daha mənə müraciət etməyin” düşündüyünüz zaman, heç nə deməyin

Bəli, düz oxudunuz. Bu halda ən yaxşı variant susmaqdır. 

Niyə: bu taktika kobud olsa da, çox effektivdir. Əgər ətrafınızdakı insanlar sizə hörmət etmirsə, vicdan əzabı çəkmədən bu silahdan istifadə edə bilərsiniz. Məsələ ondadır ki, hər şeyi düz söyləsəniz də, qarşınızdakı insana cavab verməyiniz sizin bu məsələdə maraqlı olduğunuzu göstərir. Buna görə də, nə qədər az danışsanız, bir o qədər yaxşıdır. Ən ideal seçim isə heç nə deməməkdir. 

Yaxşı olar ki, bu taktikadan yalnız inad insanlara münasibətdə istifadə edəsiniz. Əgər insan “yox” sözünü başa düşmürsə, əlinizdən gələn tək şey susmaq olacaq. 

“Yox, çox sağ olun” düşündüyünüz zaman, “Yox, çox sağ olun!” deyin

Niyə: bu cavab özündə yuxarıda sadaladıqlarımız ifadələrin hamısını birləşdirir. Siz “hə” cavab verməyə məcbur deyilsiniz. Etməli olduğunuz tək şey, cavabınızı aydın şəkildə səsləndirməkdir. “Yox, çox sağ olun!” cavabı minnətdarlıq, nəzakət və səmimiyyət bildirir. O sizin sərhədlərinizi müəyyənləşdirir, nəyin sizin üçün maraqlı və ya maraqsız olduğunu göstərir. İnsanlara sizinlə necə davranmaq lazım olduğunu vurğulayır. 

Bu cavab həm də qarşılıqlı inamdan bəhs edir: dostlarınıza və tanışlarınıza etibar etdiyinizi, onların sərhədlərinizi qəbul edəcək qədər yetkin olduqlarını düşündüyünüzü göstərir. 

Sərhədlərimi müəyyənləşdirəndən sonra həyatım necə dəyişdi

Bu ifadələri istifadə etməyə başladıqdan sonra nəinki rahatlıq tapdım, həm də insanların reaksiyasına təəccübləndim:

Müdirimə dedim: “Layihənin bu variantı mənim üçün uyğun deyil, lakin başqa bir ideyanı reallaşdırmağa şad olaram” O, cavab verdi: “Əslində mən də belə düşünürəm! Alternativ varianta üstünlük verməyin məni çox sevindirdi!” .

Rəfiqəmə dedim: “Bu rəqs kursları mənim üçün uyğun deyil, lakin yenə də təşəkkür edirəm!” O, cavab verdi: “Belə cavab verdiyinə o qədər sevindim ki! Əslində bilirdim bu kursdan xoşuna gəlməyəcək. Gəl bunun əvəzinə bir fincan qəhvə içək”. 

Yeni bir insanla görüşdüm: “Tanış olduğuma şadam, lakin düşünürəm ki, fərqli insanlarıq” O, cavab verdi: “Yaxşı, çox təəssüf edirəm, lakin səmimiyyətinə yüksək dəyər verirəm”. 

Məndən əl çəkmək istəməyən insanlara isə tək cavabım budur: “…………”.

 

Son xəbərlər
Digər xəbərlər