26 C
Baku
Wednesday, July 17, 2024

Yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq

Yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Yoxlama obyekti”nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır:

– sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;

– sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi;

– sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər;

– yaxın qohum – ər-arvad, valideynlər, uşaqlar, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, övladlığa götürülənlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər