14 C
Baku
Saturday, November 23, 2024

Yoxlayıcı yoxlanılan sahibkarın yaxın qohumu olduqda yoxlama apara bilməyəcək

Sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması qaydası müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni – 1-1-ci Fəsildə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçuları olan yoxlayıcılar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinə əməl etməlidirlər. Həmin Qanunun etik davranış qaydalarına dair tələbləri dövlət qulluqçusu olmayan yoxlayıcılara da şamil olunur.

Yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:

– yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda;

– yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda.

Bu hallar müəyyən edildikdə, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın aparılması haqqında qərarda dəyişiklik edilərək yeni yoxlayıcı təyin edilir və həmin qərar sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.

Yoxlayıcı maddi və sair nemətlər, imtiyazlar və ya güzəşt qarşılığında rəsmi və ya qeyri-rəsmi qaydada, yoxlanılan sahibkara ödənişli məsləhət xidmətləri göstərə bilməz.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər