14 C
Baku
Thursday, May 2, 2024

Yoxsulluq psixologiyası

Bir çox geniş yayılmış davranış qaydaları mövcuddur ki, məhz bu qaydalar insanların zənginliyə gedən yolunun üzərində maneə kimi dayanır.  Qayda kimi qəbul etdiyimiz davranışlardan ən geniş yayılmışları ilə tanış olaq:

1. Maaşı az olsa da sabit işim var

Yoxsul psixologiyasına malik insan bir qayda olaraq dövlət müəssisələrində özünə maaşı az, lakin sabit iş seçir. Çünki dövlət hər zaman təmin edir, bu tələblə kommersiya təşkilatlarına üz tutduqda isə bir müddətdən sonra küçədə qalmaq riskləri böyükdür.

İnsanlar tamamilə öz güclərinə inanmırlar, onlar hesab edirlər ki, onların bilik və təcrübələrinə tələbat olmayacaq. İnsan yorucu, darıcdırıcı işə gedir, öz inkişafını dayandırır və nəticədə də heç kimə lazımsız hala düşür. Bunun əvəzində isə inkişaf edərək yeni yüksək nəticələrə nail ola bilər.

2. Dəyişikliklərdən qorxmaq

Yenə də, heç kimə yararsız hala düşməyə səbəb olan şeylərdən biri də dəyişikliklərdən qorxmaqdır. Bu psixologiyaya sahib insanların devizi budur: risk edib hər şeyi itirməkdənsə aza qane olum. Yoxsulluq psixologiyasına sahib insanlar heç vaxt öz şəxsi bizneslərini qurmur, bazarın yeni seqmentlərini öyrənmir, 40 yaşında ikinci ali təhsil almağa qərar vermir və heç bir zaman 50 yaşında olarkən yeni bir həyat dalınca başqa bir şəhərə köçmürlər.
3. Aşağı səviyyəli özünüqiymətləndirmə.

Yoxsulluq psixologiyasına sahib insanların əsas xarakteristik xüsusiyyəti. Dilədiyi kimi yaşamayan, daim sıxıcı işlə məşğul olan və onu itirməkdən qorxan, həyatında parlaq anların azlıq təşkil etdiyi bir insandan yüksək səviyyəli özünüqiymətləndirmə gözləmək yanlışdır. Və məhz bu tip insanlarda öz bacarıq və qabiliyyətlərinə hörmət etmək kimi faktorlar mövcud deyil.

Yoxsulluq psixologiyasına sahib insanlar zənginliyin risk etməkdən və hər şeyi əvvəldən başlamaqdan qorxmayan insanlara nəsib olduğunu bilmirlər.

4. Aktiv olmaq arzusunun olmaması

Məlumdur ki, nəyəsə nail olmaq və yaxşı nəticə əldə etmək üçün daima bu istiqamətdə zəhmət çəkmək lazımdır. Məsələn, əvvəlki işə nisbətən daha maraqlı və yüksək gəlirli iş təkliflərini nəzərdən keçirmək. Beləliklə də daim inkişafda olmaq.

Yoxsulluq psixologiyasına sahib insanlar aktivlik göstərməyi bacarmır və bunu heç arzu da etmirlər. Onlar yeni bir iş axtarmaqdan qorxurlar. Çünki əvvəlcədən hesab edirlər ki, yeni işin öhdəsindən gəlməyəcəklər, buna görə də heç nə alınmayacaq və yenə də pul olmayacaq. İnsan passivdir, məhz buna görə də yoxsuldur.

5. Məsuliyyəti digərlərinin üzərinə keçirmək

Yoxsulluq psixologiyasına sahib insan əmindir ki, ona yaxşı pul ödəməlidirlər. Sadəcə ona görə ki, o öz işini keyfiyyətli şəkildə yerinə yetirir və onun maaşı o dərəcədə olmalıdır ki, həm məişət məsələlərinə, həm istirahətə, həm uşaqlarına, həm də özünə kifayət etsin. Yalnız o burada bir məsələni unudur ki, belə az maaşa işləməyə özü razılıq verib.
İnsan öz məsuliyyətini başqalarının üzərinə keçirir – “Əgər məndən heç nə asılı deyilsə, onda hərəkət etməyin nə mənası var? Etdim-etmədim, nəticədə onsuz da heç nə əldə etməyəcəm”.

6. Qənaətcil olmaq asandır

Yoxsullar mağazaları gəzərək, qiymətləri müqayisə etməyə və daha ucuz olan yerlərdən alış-veriş etməyə saatlarını sərf edirlər. Onlar kommunal xərclərin azaldılması üçün ərizələr yazır, müxtəlif idarələrə baş çəkir, sosial yardımlar üçün müraciətlər edirlər. Bunun əvəzində, bütün bunlara sərf edilən zamandan daha yaxşı işin axtarılması üçün istifadə etmək olar.

Özünüzə nəzər yetirin bə bu xüsusiyyətlərdən heç olmasa birinin sizdə olub-olmadığını müəyyənləşdirin. Əgər özünüzə uyğun bir qayda olsa tez bir zamanda ondan qurtulmağa çalışın. Unutmayın ki, həyatınız və rifahınız yalnız öz əlinizdədir!

Son xəbərlər
 ⁠
Digər xəbərlər