21 C
Baku
Tuesday, May 21, 2024

Yoxsulluq və zənginlik haqqında hekayə

Bir gün Yoxsulluq və Zənginlik bir insanın yanına gəlir və soruşurlar:

Bizdən hansımız daha gözəldir?

İnsanın canına qorxu düşür və fikirləşməyə başlayır ki, əgər desəm Yoxsulluq gözəldir, onda Zənginlik hirslənəcək və çıxıb gedəcək. Desəm zənginlik gözəldir, onda da yoxsulluğun mənə acığı tutacaq və ömür boyu mənə əzab vermək istəyəcək. O, bir az fikirləşərək dedi:

— Başımın üstündə dayanıb baxmayın, belə cavab vermək çətindir. Siz gedin bir az dolanın. İnsan onlara baxır və söyləyir:

— Yoxsulluq, sən arxdan baxdıqda, kürək tərəfdən çox gözəlsən, xüsusən də getdiyin anlarda. Zənginlik, sən isə öndən gözəl görünürsən, gəliş anlarında.

Son xəbərlər
 ⁠
Digər xəbərlər