7 C
Baku
Tuesday, December 3, 2024

Yoxsulluq yaradan vərdişləriniz!

İnsanın özünə qarşı duyduğu “yazıqlıq” hissi:

Yoxsulluğa meyilli insanlar səhv olaraq belə düşünürlər ki, zəngin olmaq onların qismətinə yazılmamışdır. Kimisi qadın olaraq doğulduğuna, kimisi kök bədən quruluşuna sahib olduğu üçün, kimisi qısa boyuna görə, kimisi dəri rənginə və s. görə özünü qınayır və özünə qarşı yazıqlıq hissi duyur. Necə düşünürsüz, insan hər hansı əhəmiyyətsiz bir şeyə görə özünə yazığı gəldikdə və bütün günü diqqətini yalnızca buna cəmlədikdə ətrafdakı insanlar ona qarşı necə davranacaqlar? Özünüzə yazığınızın gəlməsi – şəxsi inkişaf yolunuzda sizi yarıda dayandıran maneə və daimi yoxsulluq yaradan vərdişdir. Özünə yazığın gəlməsi az əmək haqqı ödənilən işlə də razılaşmaqdır.

Xəsislik:

Daim “Endirim” yazılan mağazalar axtarmaq, uşaqların təhsili üçün pul ödəməkdən boyun qaçırmaq, az əmək haqqı qarşılığında əməkdaşlardan yüksək məhsuldarlıq gözləmək kimi xüsusiyyətlər sizdə də varsa demək, yoxsul insanların sahib olduğu ikinci vərdiş yavaş-yavaş sizdə də özünü biruzə verir. Daim qənaət etməyə çalışmaq heç də müdriklik əlaməti deyil. Əksinə, bu gəlirləriniz və xərcləriniz arasında düzgün balansı qoruya bilmədiyinizin sübutudur.

Uğuru pulla ölçmək:

Yoxsul insan əmindir ki, yalnızca əldə edilmiş müəyyən miqdarda məbləğ ona sevinc gətirə bilər. Hesaba yatıırlmış müəyyən məbləğ ona sözün əsl mənasında olmaq istədiyi insan obrazının xoşbəxtliyini yaşada bilər. Lakin təcrübə göstərir ki, bununla da xoşbəxtlik gəlmir. Uğurlu insan xoşbəxtliyi dollar, avro və manatdan daha əhəmiyyətli vahidlər ilə ölçür. Bunun isə məhz nə olduğunu hər bir insan özlüyündə qərar verir.

Mızıldanmaq:

Həyat çətindir? Əsl dəhşətdir? Uğura aparan heç bir yol görünmür? Hər bir potensial uğursuz bütün bunlarla razılaşacaq. Bu vərdişdən xilas olmağın əsas yolu – kreativlikdir. Ətrafınızdakı problemlərdən xilas olmaq üçün unikal imkanlar axtarın, ilk başda sizə faydasız görünən vəziyyətlərdən qalib olaraq ayrılın! Bütün bu vərdişlərlə yanaşı, zənginliyin yalnızca pullarla ölçülməsi ideyasından uzaq olun. Əsl zənginlik pulları cəlb etmək bacarığıdır.

Son xəbərlər
Digər xəbərlər