12 C
Baku
Sunday, October 27, 2024

YT Parkın rezidenti olan şirkət  “tikintiləri suyun təsirindən qoruyan məhsul” istehsal edəcək

“AZOİL İNDUSTRY” MMC Yüksək Texnologiyalar Parkının rezidenti statusunu alıb.

Banker.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, “AZOİL İNDUSTRY” MMC-nin direktor müavini Rəşad Abbasov çıxış edərək YT Parka təqdim etmək üçün hazırlanmış “Hidroizolyasiya məhsullarının istehsalının təşkili yönümlü investisiya” layihəsi haqqında ətraflı məlumat verib.

O, investisiya layihəsinin texnoparkın ərazisində icarəyə götürülmüş torpaq sahəsində hidroizolyasiya məhsullarının istehsalının təşkil olunması üçün işlənib hazırlandığını deyib.

Sonda “AZOİL İNDUSTRY”  layihəsinin YT Parkın rezidentliyinə qəbul edilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi yekdilliklə qərara alınıb.

 

 

Son xəbərlər
Digər xəbərlər