21 C
Baku
Friday, May 31, 2024

Yuan 2008-ci ilin martından bəri minimum qiymətə düşüb

Çin Xalq Bankı yuan məzənnəsini 4 punkt aşağı endirib. Milli valyuta 13 mart 2008-ci ildən bu yana ən aşağı səviyyəyə – 7,0883 yuana düşüb.

Banker.az xəbər verir ki, “Biz özümüzü çox qorxuduruq: yuan məzənnəsi 7-dən 7,1-ə qədər dəyişsə belə, Çin üçün bu böyük problem olmayacaq. Yuan 7 ətrafında dəyişməyə davam edərsə, uyğunlaşmaq asan olacaqdır. Biz valyuta dəyişiklərinə daha sakit reaksiya verməliyik. Məzənnə 7, 7,1 və ya 7,2, və ya 6,9 və ya 6,95 olsa belə, fərq böyük deyil. Biz Çinin iqtisadiyyatına inanmalıyıq”, – Çinin Sosial Elmlər Akademiyasının üzvü bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Çinin valyuta manipulyasiyalarında ittiham etmişdir. ÇXR bütün ittihamları rədd edir.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə. Çin valyutası dollara münasibətdə 3,9% aşağı düşmüşdür – bu, 1994-cü ildən bəri maksimum azalma olub. “Bank of America Merrill Lynch” in ekspertləri hesab edirlər ki, ilin sonuna qədər yuan 7,5 səviyyəsinə düşə bilər.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər