13 C
Baku
Friday, April 19, 2024

Yuan və Avstraliya dolları ABŞ-Çin ticarət müharibəsi fonunda düşürlər

ABŞ və Çin arasında ticarət münasibətlərinin kəskinləşməsindən sonra, yuan və Avstraliya dolları dəyərdən düşüb. 

Banker.az xəbər verir ki, bazar günü, 12 may tarixində iki ölkə arasındakı danışıqlar dayandırılıb. Vaşinqton Çin qanunvericiliyinə düzəlişlər etməyi tələb edib, Pekin isə öz maraqlarına zərər verəcək “acı həb” atmaq niyyətində olmadığını bildirib.

Ticarət qarşıdurması ABŞ-ın dəyəri 200 milyard dollar olan Çin mallarına vergi tutmalarını artırmasından sonra kəskinləşib. Çin cavab tədbirlərini görməyi vəd edib.

ABŞ prezidenti Donald Tramp və ÇXR-in sədri Xi Jinping, Yaponiyada keçiriləcək G20 sammitində görüşəcəyi gözlənilir, sammit iyunda keçiriləcək. Bu haqda Ağ Evin iqtisadi məsləhətçisi Larry Kudlow xəbər verib.

Bazar ertəsi günü yuan ABŞ dollarına münasibətdə dörd aylıq minimuma – 6,8533 düşüb.

ABŞ dollarına münasibətdə yen 0,2% düşərək, 109,72 yenə çatıb.

Son xəbərlər
Digər xəbərlər