Yuanın məzənnəsi 11 illik minimuma düşüb

0

Çin iqtisadçıları milli valyutaya dair konsensus proqnozunu endiriblər.

Banker.az xəbər verir ki, Çin yuanı atıq yeddi gündür düşməyə davam edir. ÇXR-in Mərkəzi Bankı yuan məzənnəsini 7,0136 səviyyəsinə qədər azaldıb. Bu, 2008-ci il 3 aprel tarixindən bəri minimum qiymətdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, bir gün əvvəl Mərkəzi Bank milli valyutanı 11 illik minimuma, 7,0039 səviyyəsinə qədər endirmişdir.

Çin iqtisadçıları valyutaya dair konsensus proqnozunu nəzərdən keçirirlər. Əgər daha əvvəl bu proqnoz 6,86 yuan təşkil edirdisə, indi 6,93 yuana düşüb.

Yuanın düşməsi ABŞ və Çin arasında gedən ticarət müharibəsinin fonunda baş verir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, 2019-cu il sentyabr ayının 1-dən Çindən idxal olunan bütün mallara 10%-lik gömrük rüsumunu tətbiq etmək niyyətindən olduğunu bildirib. Amerikanın Maliyyə Nazirliyi Çini valyuta manipulyasiyalarında günahlandırıb.