Çin Xalq Bankı (ÇXB) ölkədə dolların rəsmi məzənnəsini 6,6594 CNY/USD-yə kimi artırıb. Bu da 2010-cu ilin dekabrından indiyədək yuanın ən aşağı göstəricisidir.
“The South China Morning Post” qəzetinin sorğusunda iştirak edən ekspertlərin proqnozuna görə, Çin valyutasının ucuzlaşması bu il davam edəcək. Bu da B.Britaniyanın Avropa İttifaqından çıxmaq (Brexit) qərarının dünya maliyyə bazarına etdiyi təzyiqlə əlaqədardır.
“Hesab edirəm ki, “Brexit”in təhriki ilə Çin iqtisadiyyatı çətinliklə qarşılacaq, buna görə də 2016-cı ildə yuanın daha da ucuzlaşmasını gözləmək olar”, – deyə “Oanda Asia Pasific” şirkətinin əməkdaşı Stefan Aynes qeyd edib.
“Macquarie Securities”in analitiki Xu Larri də hesab edir ki, ÇXB “Brexit”lə bağlı yaranmış vəziyyətdən istifadə edərək ixraca təkan vermək məqsədilə yuanın məzənnəsini ucuzlaşdıracaq.
—Report