18 C
Baku
Thursday, May 23, 2024

Yük agentlərinə fərdi kod nömrəsinin verilməsi qaydası təsdiq edilib

“Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası” təsdiqlənib. Bu Qayda aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikatın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa və ləğv edilməsi, habelə fərdi kod nömrəsinin verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi yüklərin və poçt göndərişlərinin mülki aviasiya sahəsində təhlükəsizliyinin təmin edilməsi, yüklərin və poçt göndərişlərinin təhlükəsizliyinin təmini ilə məşğul olan subyektlərin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılması və onların hüquqlarının müdafiəsi, yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə məsuliyyəti qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin üzərinə qoymaq, habelə bütün yüklərin və poçt göndərişlərinin göndərmə hava limanında baxışdan keçirmək əvəzinə, onların hava limanına çatdırılana kimi təhlükəsizliyini və mühafizəsini təmin etmək məqsədilə həyata keçirilir.

Qaydada aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatlaşdırılması üzrə tələblər, sertifikatların verilməsi, qüvvədəolma müddətlərinin uzadılması, dayandırılması və ləğv edilməsi qaydaları, əlaqəli hüquqi və təşkilati prosedurlar, həmçinin səlahiyyətli dövlət orqanlarının və müvafiq subyektlərin həmin məsələlərlə bağlı hüquq və vəzifələri müəyyən edilib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər