Yaşamaq və yüksək maaş üçün ən gözəl şəhərlərin adları açıqlanıb
Banker.az sputnik.az-a istinadən məlumat verir ki, “Deutsche Bank” maaşların yüksək olduğu şəhərlərin adlarını açıqlayıb.
Belə ki, bu siyahıya İsveçrənin Sürix şəhəri rəhbərlik edir. Sonrakı yerdə isə ABŞ-ın San-Fransisko şəhəri qərarlaşıb. Siyahıda üçüncü yerdə isə Nyu-York şəhəri gəlir.
Rəsmi məlumata görə, Sürixdə çalışanların orta aylıq gəliri 5 min 876 dollardır. San-Fransiskoda isə bu rəqəm 4 min 817 dollar, Nyu-Yorkda 4 min 304 dollardır. Növbəti yerlərdə Sidney, Oslo, Sinqapur, Kopenhagen və Tokio qərarlaşıb.





