15 C
Baku
Friday, April 26, 2024

Yüksək maaş üçün CV yazmaq qaydası

Bu zaman tərtib etdiyiniz rezümenin maksimum ölçüsü A4 vərəqi qədər olmalıdır.

Təcrübə təhsildən, ambisiya isə təcrübədən daha vacibdir.

Rezüme tərtib edərkən çox da ciddi notlara toxunmayın.

Rezüme göndərərkən gələcək peşənizin xüsusiyyətlərini nəzərə alın.

Ən yaxşı rezüme – işəgötürənin onu oxuyarkən artıq axtardığı mütəxəssisi tapdığına əmin olduğu rezümedir.

Namizədliyinizi irəli sürdüyünüz işin vəzifə öhdəliklərini əvvəlcədən öyrənin.

Rezümeyə əlavə etdiyiniz foto şəkil gələcək peşənizə uyğun tərzdə olmalıdır. Məsələn, hüquqşünaslıq ilə bağlı vakansiyaya göndərmək üçün tərtib etdiyiniz rezemeyə hər hansı əyləncə məkanında çəkdirdiyiniz foto şəkli əlavə etmək düzgün olmaz.

Rezümenin mətni səliqəli və səhvsiz olmalıdır.

Arzusunda olduğunuz vəzifə üzrə artıq işə düzələn bir insan tapın və ondan rezüme formasını əldə edin.

Artıq rezümeni yazdığınız andan müsahibəyə hazır olun.

Fikirlərinizi qısa olaraq şərh edin.

Özünüzlə bağlı inkişaf gördüyünüz sahə üzrə iş tapmağa çalışın.

Yalan məlumatlarla CV-nizi zənginləşdirməyə çalışmayın.

Sahib olduğunuz nailiyyətləri ətraflı olaraq təsvir edin.

Arzusunda olduğunuz əmək haqqı miqdarını da qeyd etməyi unutmayın.

İşi əldə etdikdən sonra rezümenizi vakansiya saytlarından silməyi unutmayın.

Rezüme göndərməmişdən öncə şirkətin tarixi və onun rəhbərinin bioqrafiyası haqqında məlumatlar əldə edin.

Yüksək əmək haqqılı işlərə sağlamlığı ilə problemi olmayan insanları cəlb edirlər. Bu səbəbdən də, sağlam həyat tərzi yaşamağınızda fayda var.

Gələcək vəzifəniz ilə bağlı sahib olduğunuz təcrübə, başqa işlərdə qazandığınız vəzifədən daha vacibdir.

Rezüme göndərməmişdən öncə qərar verin – Siz özünüz özünüzü işə götürərdinizmi?

Rezüme yüksək əmək haqqına layiq olduğunuzu sübut edəcək şəkildə olmalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər