21 C
Baku
Friday, April 26, 2024

Yüksək sosial sığorta haqqı ödəyənlər daha yüksək pensiya alacaqlar – DSMF

Sosial sığorta haqlarının daha yüksək məbləğdə ödənişinin stimullaşdırlmasına istiqamətlənən müxtəlif islahat tədbirlərinin reallaşdırılması nəzərdə tutulur. 

 Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqqlarının tam qeydiyyatında maraqlı olacaqlar.

Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır: “Mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilib ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir. Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur”.

SalamNews

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər