Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlanrırlacaq.
Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 26 noyabr 2024-cü il tarixdə sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Yüksək Texnologiyalar Parkı — “YTP” Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. “YTP”-nin fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YTP” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı şəhəri, Pirallahı rayonunda 50 ha torpaq sahəsi Cəmiyyətə ayrılmışdır.