Son illərdə dünyanın xüsusi təyinatlı texnika istehsalı üzrə ixtisaslaşmış qabaqcıl ölkələrinin istehsal etdiyi qurğu daha da modern, gücləndirilmiş, sərt şəraitdə işləyə bilən variantda hazırlandığı üçün onların mühərriklərində işlədilən sürtkü yağları da yüksək istismar xüsusiyyətləri tələb edir.
İnstitutun kollektivi qısa müddət ərzində daha sərt şəraitdə işləyə bilən xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş M-16 ИХП-3-У dizel mühərrik yağının resepturasını və istehsal texnologiyasını işləyib hazırlamışdır.
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsində yaradılmış təcrübə qurğusunda sınaq partiyası hazırlanaraq Ukraynaya göndərilmişdir. Bu yağ Ukraynada xüsusi təyinatlı texnika üzərində üç mərhələli sınaqlardan uğurla keçmişdir.
Hazırda bu yağa yaranan tələbat nəzərə alınaraq onun müntəzəm istehsal prosesinin yaradılması planlaşdırılır.