Türkiyədə Azərbaycanlı diplomatların iş qurmaq adı ilə 350 min dolları mənimsənilib.
Banker.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murat Şirinovla işə başlayıb. Şirinov azərbaycanlı diplomatlar ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb. O, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb.
O, kafedə diplomatlarla görüşüb, pulu şəxsən alıb, lakin qarşılığında qəbz verməyib. Zərərçəkənlərin “iş” qurduqları adamlar bir müddət sonra onların telefonuna cavab verməyib.
Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.
İddianamədə Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub. Gökalp İçer və Murat Şirinov barəsində iddia qaldırılıb. Şübhəlilərin dələduzluq və digər cinayətlərə görə 5 ildən 7 il yarımadək azadlıqdan məhrum etmə ilə cəzalandırılması istənilib.