25 C
Baku
Tuesday, July 22, 2025

Yunəyirici-boyaq fabriki tikilir – Prezident 17,5 mln. manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 29 dekabr 2019-cu il tarixində Yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir,

  1. Yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 (on yeddi milyon beş yüz otuz beş min altı yüz) manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Son xəbərlər
Digər xəbərlər