17 C
Baku
Monday, May 13, 2024

Yunan qırıcı pilotu ATM-dən istifadə etmək üçün Türkiyəyə gəldi

Yunanıstan Hərbi Hava Qüvvələrinin mayoru Homer Sisostopulus F-16 qırıcı təyyarəsi ilə Türkiyədə bankomatın yaxınlığında yerə enmiş, 2078 avro nağd pul çıxarmış və türk radarlarına düşməmək üçün ərazinin əlverişli şəraitlərindən istifadə edərək geri dönmüşdür.

Belə ki, pilot Söke adlı ərazinin 3 kilometrliyində, tərk edilmiş hərbi hava limanında türk radarlarından uzaqda yerə enmiş, taksi çağırmış və ən yaxında yerləşən bankomatdan 6000 türk lirəsi (təqribən 2078 avro) çıxarmış və geri dönmüşdür.

Mayorun uçuş tapşırığı Egey dənizi hissələrinə nəzarət idi. Yunan hərbi qüvvələrinin nəzarətinin zəif olduğu hissəyə daxil olan pilot aşağı hündürlüyə keçdikdən daha sonra Türkiyə ərazisinə enmişdir.

Qırıcı təyyarənin nömrəsi taksi sürücüsü tərəfindən polisə bildirildikdən sonra, bankomat məlumatlarına əsasən pilotun kimliyi aşkar edilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər