8 C
Baku
Monday, November 18, 2024

Yunan təyyarələri iki Türkiyə F-16-sının radar sistemini bloklayıblar

Egey dənizi üzərində NATO əməliyyatları çərçivəsində missiyasını yerinə yetirən 2 Türk F-16-ları Yunanıstana aid F-16-lar tərəfindən kiberhücuma məruz qalıblar.

Bu barədə yerli mətbuata Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.

Məlumata əsasən, yunan təyyarələri Türk Havva Qüvvələrinə aid iki F-16-nın radar sisteminə müdaxilə edərək bloklayıblar.

Qeyd edək ki, bu, həftə ərzində ikinci belə təxribatdır. Türkiyə Milli Müdafiə Nazirliyi artıq NATO rəsmilərinə hadisə ilə bağlı müraciət edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər