-3 C
Baku
Sunday, December 15, 2024

Yunanıstan Aİ-nin maliyyə nəzarəti sistemindən çıxacaq

Yunanıstanın maliyyə naziri Xristos Staykuras avqustun 20-si ölkənin Avropa İttifaqının xarici maliyyə nəzarəti sistemindən çıxmaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, qərar Avropa Komissiyası rəhbərinin müavini Valdis Dombrovskis və iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni tərəfindən təsdiqlənib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Nazirin fikrincə, xarici maliyyə monitorinqi sistemindən çıxmaq ölkəyə iqtisadi siyasət aparmaq üçün daha çox sərbəstlik verəcək. Bu, həm də investisiya cəlbediciliyini artıracaq.

Cənab Staykuras qeyd edib ki, Aİ-nin nəzarətindən çıxmaq Afina tərəfindən vəd edilmiş siyasi öhdəliklərin və islahatların əksəriyyətini yerinə yetirdikdən sonra mümkün olub.

Qeyd edək ki, Yunanıstana ümumi məbləği 110 milyard avro olan krediti nəzərdə tutan ilk Avropa maliyyə dəstəyi proqramı 2010-cu ildə qəbul edilib. Bir il əvvəl Yunanıstan iqtisadiyyatı defolt ərəfəsində olub. Ölkənin büdcə kəsiri ÜDM-in demək olar ki, 13%-nə çatıb, dövlət borcu isə 300 milyard avronu (ÜDM-in 115%-i) ötüb.

Son xəbərlər
Digər xəbərlər