7 C
Baku
Sunday, December 15, 2024

Yunanıstan Aİ-nin maliyyə nəzarəti sistemindən çıxır

Yunanıstan avqustun 20-də Avropa Birliyinin xarici maliyyə nəzarəti mexanizmindən çıxacaq.

Bu barədə Yunanıstanın maliyyə naziri Xristos Saykuras məlumat verib.

“12 ildən sonra… ölkəmiz üçün çətin fəsil başa çatmaq üzrədir. Yunanıstan Avropa standartlarına qayıdır, o, artıq avrozonada istisna olmayacaq”, – deyə nazir bildirib.

Yunanıstana xarici maliyyə nəzarəti mexanizmi 2010-cu ildə kəskin maliyyə böhranı səbəbilə tətbiq edilib.

Avropa İttifaqının nəzarətindən çıxmaq Afina tərəfindən vəd edilmiş siyasi öhdəliklərin və islahatların əksəriyyətinin həyata keçirilməsindən sonra mümkün olub. Bu qərar Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis və iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni tərəfindən məktubla təsdiqlənib.

Yunanıstanın maliyyə nazirinin sözlərinə görə, bu tədbir ölkəyə iqtisadi siyasətin həyata keçirilməsində daha çox sərbəstlik verəcək. Həmçinin ölkəni investisiya dərəcəli statusa yaxınlaşdıracaq.

Son xəbərlər
Digər xəbərlər