Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos aprelin 4-ü Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Panagiotopoulos türkiyəli həmkarı Hukusi Akarla birlikdə zəlzələdən zərər çəkmiş Hatay vilayətini ziyarət edəcək.
Səfər Hulusi Akarın dəvəti əsasında baş tutacaq.