8 C
Baku
Sunday, November 17, 2024

“Yunanıstan müsadirə etdiyi İran neftini geri qaytaracaq”

Yunanıstan müsadirə etdiyi İran neftini geri qaytaracaq.

Bunu İranın Yunanıstandakı səfiri Əhməd Naderi öz “Twitter“ səhifəsində yazıb.

O bildirib ki, Yunanıstan Apellyasiya Məhkəməsi İranın neft gəmisinin saxlanılması və yükünün müsadirəsi ilə bağlı məhkəmənin əvvəlki qərarını ləğv edib. Beləliklə, müsadirə olunan neftin hamısı İrana geri qaytarılacaq.

Səfir qeyd edib ki, məhkəmənin qərarının tam icra olunması ilə bağlı Yunanıstan rəsmiləri ilə sıx müzakirələr davam etdiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər