4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Yunanıstan otellərinin 65% -i iflasa hazırlaşır

Koronavirus bütün dünya ölkələrinin turizm sənayesinə zərbə vurub. Yay tətili mövsümü ərəfəsində Yunanıstandakı qonaqpərvərlik sənayesinin nümayəndələri bir çox otellərin iflasa uğrayacağını bildiriblər.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Otel biznesi Palatası tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, respondentlərin 65%-i iflasa hazırlaşır. Bununla belə, 18,3% onu daha çox mümkün sayır, 46,6% isə belə bir variantı istisna etmir. Bütün hallarda, sorğu edilən şirkətlərin 95%-i bu il gəlirlərin kəskin azalacağını gözləyit: orta hesabla 56,3%.

Ümumilikdə Yunanıstanda pandemiyanın otelçilik sektoruna vurduğu zərbə 4,46 milyard avro dəyərində qiymətləndirilir. Hal-hazırda ölkədəki bütün otellər aprelin 30-dək bağlıdır. Qeyd edildiyi kimi, ölkədə turizm mövsümü iyulun 1-də başlayacaq. Bu halda yunan otellərinin gəliri ötən il ilə müqayisədə 10 milyard avro azalacaq.

Son xəbərlər
Oxşar xəbərlər