Yunan idxalçılar “Qazprom”un rublla ödəniş tələbini yerinə yetiriblər, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bildirilir ki, söhbət üç şirkətdən gedir: “DEPA Commerce”, “Mytilineos” və “Prometheus Gas”.
Rusiya qazı mövsümdən asılı olaraq Yunanıstanın ümumi idxalının 45-55%-ni təşkil edir. Ölkə hələki Rusiya qazını əvəz edə bilmir. “Aprelin qaz tədarükü üzrə ödəniş üçün son tarix mayın 25-dir. Ona görə də mayın 23-də pulun xüsusi hesaba daxil olması zəruridir”, – deyə mənbə izah edib.
Daha əvvəl məlum olmuşdu ki, rubl sxeminə keçməkdən imtina edən Bolqarıstan hökuməti bu məsələni Avropa Komissiyasında qaldırmağa hazırlaşır. Söhbət Aİ-nin növbəti sanksiyalar paketindən gedir.