10 C
Baku
Monday, November 18, 2024

Yunanıstan sovet istehsalı maşınlarını Ukraynaya göndərir

“Yunanıstan sovet istehsalı olan piyada döyüş maşınlarını Ukraynaya köçürməyə başlayıb”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təhvil verilən döyüş maşınları içərisində “BMP-1” piyada döyüş maşınları da yer alır:

“Biz Yunanıstanın Ukraynaya ötürdüyü silahları xüsusilə yüksək qiymətləndiririk. Artıq Yunanıstandan Ukrayna üçün çoxdan gözlənilən “BMP-1” zirehli piyada maşınlarının göndərilməsinə başlanılıb. Onlar tezliklə ordumuza gələcəklər”.

Qeyd edək ki, yerli KİV-in məlumatına görə, 1990-cı illərdə Yunanıstan Almaniyadan aşağı qiymətə təxminən 500 ədə “BMP-1” alıb. Sonralar bu, sovet “BMP-1”ləri ilə təkmilləşdirilərək, NATO standartlarına uyğunlaşdırılıb. Hazırda 185 “BMP-1” işlək vəziyyətdədir.

Son xəbərlər
Digər xəbərlər