5 C
Baku
Saturday, December 14, 2024

Yunanıstan və İtaliya İran neftini almaqdan imtina edirlər – Səbəbi açıqlamırlar

İranın neft naziri Bican Zəncani, Yunanıstanı və İtaliyanı ABŞ-ın icazəsinə baxmayaraq İran neftini almaqdan imtina etdikləri üçün tənqid edib.

Banker.az xəbər verir ki, bu barədə İranın  ISNA agentliyi məlumat yayır.

“Türkiyədən başqa heç bir Avropa dövləti İrandan neft almır”, – İranın neft naziri bildirib.

“Yunanıstan və İtaliya Amerikadan icazə almalarına baxmayaraq, İran neftini  almırlar və bizim sorğulara cavab vermirlər”, – o dedi.

Eyni zamanda, Zangane ABŞ-ın sanksiyalarının İranın iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edib. Nazir vurğulayıb ki, ABŞ-a Tehranın neft ixracatını sıfıra endirməyə imkan verməyəcək.

“Bu gün ölkəmiz təzyiq və iqtisadi sanksiyalar altına düşərək, son 40 ildə ən çətin vəziyyətdədir. Bu gün Amerika və onun davamçılarının təzyiqi ilə qarşı-qarşıyayıq və burada vicdanlı bir hökumət və ya İslam sisteminin günahı yoxdur”, – İranın prezidenti bildirib.

“Birlikdə olsaq, onu aşacağıq”, – deyə,  Ruhani qeyd edib.

Son xəbərlər
Digər xəbərlər