Yunanıstanın xarici işlər naziri Nikos Dendias yaxın vaxtlarda Cənubi Qafqaza səfər etməyi planlaşdırır.
Bu məsələ XİN başçısı və Gürcüstan parlamentinin sədri Kaxa Kuçava arasında bu gün Afinada keçiriləcək görüşdə müzakirə olunacaq.
Tərəflər iki ölkə arasında münasibətlər, Gürcüstanın avroatlantik inteqrasiyası, dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti mövzuları ətrafında da fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, K.Kuçava Yunanıstan paytaxtında parlament sədrlərinin Avropa Konfransında iştirak edir.