20 C
Baku
Friday, May 3, 2024

Yunanıstan XİN başçısı Ukraynaya gedib

Yunanıstanın xarici işlər naziri Nikos Dendias oktyabrın 19-da Ukraynanın paytaxtı Kiyevə gedib.

O, bu barədə tviter hesabında yazıb.

XİN başçısı Kiyevdə bir sıra rəsmi şəxslərlə görüşüb.

Nazirin sözlərinə görə, görüşlər zamanı xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi, parlament diplomatiyası, Avropaya inteqrasiya, Yunanıstan-Ukrayna münasibətləri və Ukraynadakı yunan diasporu ilə bağlı məsələlər müzakirə olunub.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yunanıstanlı həmkarı ilə keçirdiyi brifinqdə bu ölkədən piyada döyüş maşınlarının tədarükünün başlandığını deyib. Kuleba texniki vasitələrin Ukrayna üçün çox vacib olduğunu diqqətə çatdırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər