10 C
Baku
Thursday, November 14, 2024

Yunanıstana kredit verilməyəcək

Beynəlxalq Valyuta Fondu Yunanıstana növbəti dəfə kredit ayırmağa hazır deyil. Afinanın kredit alması üçün fondun bu ölkənin iqtisadi və maliyyə durumu ilə əlaqədar daha çox təfərrüata ehtiyacı var.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Valyuta Fondunun rəsmiləri bu barədə açıqlama veriblər. Rəsmilər qeyd edirlər ki, Yunanıstan hökuməti ilə növbəti kredit tranşının razılaşdırılması üçün əvvəlki borcların da ödəniş strukturu yenidən müəyyən edilməlidir.

Yunanıstanın BVF-yə 300 milyard ABŞ dolları borcu var.

Avrozonanın maliyyə nazirləri daha əvvəl Yunanıstana borcun verilməsi ilə əlaqədar razılığa gəliblər. Brüsseldə əldə olunan razılaşmaya görə, Afinaya 11.5 milyard dolların verilməsi nəzərdə tutulub.
Yunanıstan hökuməti iyul ayına kimi borclarını geri qaytarmalıdır.

Afinanın beynəlxalq kreditorlara, ümumilikdə 300 milyard dollar borcludur. Bu, Yunanıstanın ümumi daxil məhsulunun 180 faizini təşkil edir.

BVF sədri Kristin Laqard
BVF sədri Kristin Laqard

Ötən 2015-ci il ilə müqayisədə Yunanıstanın borcunun azaldığı müşahidə olunub. Hökumət isə hər yol ilə bu məbləğdən yayınmaq istəyir. Almaniyaya qarşı İkinci Dünya Müharibəsində törədilən zorakılıqlara görə təzminat istəyən Yunanıstan rəsmiləri ötən il KİV-lərdə səs-küy yaradıb. Yunanıstanın maliyyə naziri Dimitris Madras ilk dəfə həmin dövrdə ölkəyə dəyən ziyanın həcmini hesablayıb. Ortaya çıxan rəqəmlər Yunanıstanın beynəlxalq banklara olan borclarının yarıdan çoxunu ödəməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər