Yunanıstana maliyyə yardımının üçüncü paketinin müddəti başa çatıb

Yunanıstana maliyyə yardımının üçüncü paketinin müddəti başa çatıb.

“Deutsche Welle”yə istinadən, Avroqrupun rəhbəri Mario Çentero Yunanıstana tətbiq olunan islahatlar və qənaət kursu sayəsində 2010-cu ildən bəri ilk dəfə sabitliyə qovuşduğunu bildirib.

M.Çentero qeyd edib ki, proses gözləniləndən daha uzun davam edib, amma hazırda Yunanıstan iqtisadiyyatı inkişaf edir, büdcə və ticarətdə maliyyə artıqlığı yaranır, eləcə də işsizlik azalır.