17 C
Baku
Monday, May 13, 2024

Yunanıstanda 3 həftəlik fasilədən sonra banklar öz fəaliyyətinə qayıtdı

Yunanıstanda 3 həftəlik fasilədən sonra banklar yenidən öz fəaliyyətinə başladı. Lakin bununla belə, hökumət rəhbərliyinin Yunanıstanda kapital hərəkətinə nəzarəti qüvvədə qalmaqdadır. 

Son 3 həftə ərzində yunanlar öz bank hesablarından həftədə maksimum 60 avro çıxarmaq hüququna sahib idilər. İndi isə bu limit 1 həftə üçün 420 avro olaraq dəyişdirilmişdir. Bu bankomatların önündə növbələrin azaldılması məqsədilə edilmişdir və hazırda yunanlar hər gün hesablarından pul çıxarmalı olmayacaqlar.

Buna baxmayaraq, ölkədə əvvəl ki, kimi yeni hesablar açılmır, çeklər nağdlaşdırılmır və sərhəddən kənara pul çıxarmaq qadağandır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər