Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə Covid-19 testi tələb edilməyəcək.
Bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris televiziyaya müsahibəsində deyib.
Nazir bildirib ki, fevralın 7-dən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli Covid-19 testi tələb edilməyəcək. Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.
Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.