7 C
Baku
Wednesday, February 28, 2024

Yunanıstanda gündəlik iş vaxtı uzadılıb

Yunanıstanda gündəlik iş vaxtı 13 saata qədər artırılıb.

Mübahisə doğuran qanun layihəsini Yunanıstanın İnkişaf və İnvestisiya naziri Adonis Georgiadis parlamentə təqdim edib.

Gündəlik iş vaxtının 13 saatlıq iş rejiminə keçməsini ölkənin hər yerində minlərlə işçi gecə saatlarına qədər meydanlarda etiraz aksiyaları və mitinqlərlə qarşılayıb.

Lakin parlament ölkə daxilində etirazlara səbəb olan qanun layihəsini təsdiqləyib. Tənzimləmə gündəlik iş saatının 13 saata, həftəlik iş vaxtının isə 78 saata çatdırılmasına yol açır. İstirahət günləri olan bazar günləri də qanun layihəsinə daxil olub.

Son xəbərlər
Digər xəbərlər