Yunanıstanda ilk dəfə qadın prezident seçilib

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, səsvermə bu gün səhər saatlarında parlamentdə keçirilib.

Parlamentdə 300 nəfər deputatdan 200-dən çoxu Y. Sakellaropuluya etimad göstərərək səs verib. Sakellaropulu Yunanıstanda ilk qadın prezident kimi tarixə düşüb.

APA

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər