Yunanıstanda minlərlə insan hökumətin dördgünlük iş həftəsini tətbiq etmək təklifinə qarşı tətil edib.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Bildirildiyi kimi, iki ən böyük dövlət sektorunun həmkarlar ittifaqının 24 saatlıq tətilindən sonra ölkədə nəqliyyat və digər sosial həyat sahələrində fəaliyyət pozulub.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin təklif etdiyi əmək bazarı islahatları özündə həftənin dörd günü iş saatlarının artırılmasını, o cümlədən istirahət günlərinin sayını 3-dək artırılmasını ehtiva edir. Layihə gələn həftə Yunanıstan parlamentində səsverməyə çıxarılacaq.
Mənbədə deyilir ki, yerli sakinlər bu addımın işəgötürənlər tərəfindən sui-istifadə ediləcəyini hesab edirlər. Belə ki, Yunanıstan Avropada ən yüksək işsizlik nisbətinə sahibdir.