Yunanıstanın Baş naziri Aleksis Tsipras istefaya getmək niyyətini bildirib.
Baş nazirin bu addımı onun sentyabrın 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı üçün şərait yaradacaq.
A.Tsipras televiziya ilə yunan xalqına müraciətində beynəlxalq kreditorlar tərəfindən tələb edilən sərt iqtisadi islahatların yumşaldılmasına nail olduğunu bildirib. O, həmçinin xalqın ədalətli mövqeyinin təmin olunmasında əzmlə çalışdığını da qeyd edib.