Yunanıstanın energetika naziri Azərbaycana bu ay səfər edəcək

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasın Azərbaycana səfərinin tarixi dəqiqləşib.

Yunan nazirin Azərbaycana səfəri oktyabrın 18-də baş tutacaq.

O, səfər çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşəcək.

Kostas Skrekasın digər şəxslərlə də görüşü nəzərdə tutulub.

 

 

Son xəbərlər
Digər xəbərlər