8 C
Baku
Sunday, November 17, 2024

Yunanıstanın energetika naziri Azərbaycana səfər edəcək

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas yaxın günlərdə Azərbaycana səfər edəcək.

Yunanıstan ölkənin enerji təminatının təmin edilməsi üçün digər dövlətlərlə əlaqələrin gücləndirilməsində maraqlıdır.

Səfər zamanı K. Skrekasın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla və Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Yunanıstan enerji sektorunda Azərbaycanla sıx əməkdaşlıq edir və ölkə öz tələbatının 20 %-ni Azərbaycandan nəql edilən qazla təmin edən Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) istifadə edir.

Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün ssenarini nəzərdən keçirir: məhdud – 14.4 milyard kubmetrə qədər, qismən – 17.1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər