-2 C
Baku
Tuesday, February 27, 2024

Yunanıstanın maliyyə naziri istefa verir

Yanis Varoufakis höklumətin iclasına öz motosikletində gəlir, 1 iyul, 2015-ci il

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis istefa verib. Bir gün öncə ölkənin borcları ilə bağlı keçirilən referendumda seçicilərin islahatlara “yox” deməsi hökumətin qələbəsi sayılır.

Ancaq bu qələbəyə baxmayaraq, Varoufakis iyulun 6-da yaydığı bəyanatda deyib ki, baş nazir Alexis Tsipras onun istefasının “kreditorlarla razılaşma əldə olunmasına kömək edəcəyini” bildirib.

Nazirin sözlərinə görə, Avroqrupun bəzi üzvləri də onun danışıqlarda olmamasına üstünlük verir.

Varoufakis kəskin mövqeyi ilə fərqlənib, yanvarda hökumət formalaşandan media qarşısına tez-tez çıxıb.

Görünür, onun Yunanıstanın borcu üzrə danışıqlarda iştirakı avrozonanın maliyyə nazirlərini qıcıqlandırıb.

azadliq.org

Son xəbərlər
Digər xəbərlər