“Hazırda rəsmi Moskva ilə Afina arasında münasibətlər tamamilə pozulub, əməkdaşlıq və təmas yoxdur”.
Bunu Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov bildirib.
Onun sözlərinə görə, fevralın sonundan bizim ikitərəfli münasibətlərimiz tamamilə pozulub, onlar artıq mövcud deyil.
O deyib ki, Yunanıstan tərəfi ilə heç bir əməkdaşlıq, təmas yoxdur: “Sözün əsl mənasında bir neçə gün ərzində bütün əldə etdiyimiz nailiyyətlər, onilliklər ərzində yaranmış zəngin ikitərəfli münasibətlər pozulub”.